Psixiatriya xəstəxanasına salınmışdı, 6 il sonra həbsə göndərildi

HADİSƏ
16:45 / 17.06.2023
469

Altı il əvvəl 1 milyonluq dələduzluqda təqsirli bilinərək məhkəmə hökmü ilə psixiatriya xəstəxanasına yerləşdirilən H.Allahverdiyevanın işi yenidən araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin budəfəki hökmü ilə H. Allahverdiyeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə deyilir ki, ittiham olunan şəxs artıq psixoloji xəstəlikdən əziyyət çəkmir, buna görə də cəzaçəkmə müəssisəsinə göndərilməlidir.

Qeyd edək ki, 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində H. Allahverdiyevaya hökm oxunub.

Məhkəmə H. Abdullayevanın cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

Zərərçəkmiş şəxslər hökmdən narazı qalaraq apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi yenidən psixi ekspertiza keçirib. Ekspert H. Allahverdiyevanın sağalması barədə rəy verib.

Bundan sonra birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, qərar icra olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0