Bakıda şok olay: Marketdə "haramdır" deyib 9 min manat ziyan vurdu

HADİSƏ
16:24 / 17.06.2023
572

Bakının Yasamal rayonu ərasizindəki marketə gələn naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

0