Yer altından çəkilən suyun miqdarı Yerin fırlanma oxunun yerdəyişməsinə səbəb olub - ARAŞDIRMA

MARAQLI
11:26 / 19.06.2023
530

Dünyanın coğrafi qütbündəki sürüşməni tədqiq edən tədqiqatçılar yeraltı suların təsiri olmadan belə yerdəyişmənin mümkün olmayacağını deyir.

HİT.az xəbər verir ki, Yerin öz ətrafında fırlanan ox sabit və statik formada deyil. Yer kürəsi Şimal və Cənub qütblərindən keçən xəyali bir xətt olan öz fırlanma oxu ətrafında fırlandıqca sürüşür və yırğalanır. Fırlanma oxundakı bu hərəkətlərə qütb gəzintisi deyilir. Məlumdur ki, Şimal qütbü hər il eni 10 metr olan dairə çəkir.

Amerika Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatına görə, 20-ci əsrdə Yerin fırlanma oxunun ildə 4 sm yerdəyişməsi aşkar edilib.

Son tədqiqatlar müəyyən edib ki, iqlim böhranı Yer kürəsinin fırlanmasında sürüşməyə səbəb olur. Lakin yeraltı suların bu yerdəyişməyə təsirini tam müəyyən etmək mümkün olmayıb.

BBC Türkcənin suallarını cavablandıran araşdırmanın baş yazarı, Seul Milli Universitetinin Yer Elmləri Təhsilindən professor Ki-Veon Seo "Yer kürəsinin tarixində Yerin fırlanma oxunda böyük dəyişikliklər olub. Bununla belə, araşdırmamız yeraltı suların istehlakının fırlanma oxunun yerdəyişməsinə səbəb olacaq qədər əhəmiyyətli olduğunu vurğulayır", deyib.

Qlobal iqlim modelləri qrunt sularının istehlakının dəniz səviyyəsinin qalxmasına səbəb olduğunu müəyyən etmişdi. Buna əsasən, 1993-2010-cu illər arasında yerdən 2 trilyon ton su çıxarılıb.

İçməli və kənd təsərrüfatında suvarma suyu kimi istifadə edilən bu sular istifadə edildikdən sonra daha çox dənizə axıdılır. Bu o deməkdir ki, kifayət qədər böyük su kütləsi insan müdaxiləsi ilə yerindən tərpənib.

Əvvəlki hesablamalar bu yerdəyişmənin dəniz səviyyəsini 6 mm qaldırdığını təxmin edirdi. Geofizika sahəsində elmi nəşr olan “Geophysical Research Letters” jurnalında dərc olunan yeni araşdırma, bu təxmini Yerin dönüş qütbündəki dəyişmi araşdıraraq təsdiqləyir.

Yer üzündə suyun paylanması daşınan kütlənin çəkisinin paylanmasını dəyişir. Tədqiqatçılar bunu fırlanmaqda olan bir kürəyə az miqdarda çəki əlavə etməyə bənzədirlər. Onlar qeyd edirlər ki, Yer kürəsinin üzərindəki su kütləsinin yeri dəyişdikdə onun fırlanma hərəkətində də cüzi dəyişiklik olur.

Bu dəyişikliyi başa düşmək üçün tədqiqatçılar Yerin fırlanma oxunda müşahidə edilən sürüşməni kompüter modelləri ilə sınaqdan keçiriblər.

Müvafiq olaraq, yalnız buz və buzlaqların əriməsi nəzərə alınmaqla, bu gün müşahidə edilən sürüşmədə 78,5 sm açılma olub. Tədqiqat bu boşluğu yeraltı sularla əlaqələndirir.

"Biz aşkar etdik ki, yeraltı su istehlakı ildə 4,36 sm sürətlə Yerin qütbünü 64 dərəcə şərqə doğru dəyişir. Bu tendensiya davam edəcək. Fırlanma oxunun yerdəyişməsinin açıqlanmayan səbəbini tapdığım üçün çox xoşbəxtəm", deyə professor Seo bildirib.

"Digər tərəfdən, Yer kürəsi sakini və bir ata olaraq, yeraltı suların çəkilməsinin dəniz səviyyəsinin qalxmasının başqa bir səbəbi olduğunu görmək məni narahat edir və təəccübləndirir!", deyə Seo əlavə edib.

NASA-nın Reaktiv Sürət Laboratoriyasının alimi Surendra Adhikari Amerika Geologiya Cəmiyyətinə bildirib ki, yerin fırlanma oxunun ildə bir neçə metr dəyişdiyini və yeraltı suların tükənməsinin fəsillərin dəyişməsi riskini əsaslandırmır.

Adhikari, fırlanma oxundakı sürüşmələrin son əsas səbəbinin Qrenlandiyada buz kütlələrinin itirilməsi olduğunu aşkar edən alimlərdən biridir. Alim deyir ki, geoloji vaxt zonaları baxımından dönüş qütbünün yerdəyişməsi iqlimə təsir göstərə bilər.

Samir

0