1960-cı ildə su altına qalan tarixi kilsə üzə çıxdı - FOTOLAR

DÜNYA
10:52 / 19.06.2023
593

Meksikada 16-cı əsrdə tikilmiş tarixi Keçula kilsəsi 1960-cı ildə inşaa olunan su anbarı səbəbindən su altında qalıb. Lakin həddindən artıq quraqlıq səbəbindən yenidən üzə çıxıb.

HİT.az "Euronews"a istinadən xəbər verir ki, Meksikada yağıntıların azalması ciddi quraqlıq təhlükəsi yaradıb. Bunun ən bariz nümunəsi 16-cı əsrdə tikilmiş tarixi Keçula kilsəsinin 63 il sonra tam şəkildə görünməsidir.

1960-cı ildə bəndin tikintisi ilə əlaqədar su altında qalan kilsə çayın qurumasından sonra ziyarətçilərə açılıb. 

Son illərin ən quraq mövsümünü keçirəmn Qrijalva çayı balıqçılıqla dolanışığını təmin edən insanlar üçün böyük problemlər yaradıb. 

Meteoroloji proqnozlara görə, bölgə bir müddət quraqlıqla mübarizə aparacaq və yaxın vaxtlarda leysan gözlənilmir.

Bu münasibətlə tarixi kilsənin daha bir neçə həftə ziyarət ediləcəyi qeyd olunub.

Samir

0