Sənət dünyasını həmişə yaradıcılıq aləminə öz üslübü ilə gələrək, sənətdə öz cığırını, özünəməxsus yolunu yaratmağa, sənətə yeni məna çalarları qatmağa çalışanlar zənginləşdirir.
HİT.az xəbər verir ki, Aylin Bağırova da bu yolda böyük həvəs və inamla addımlarını atan gənc rəssamlarımızdan biridir.
Ziyalı bir ailədə doğulan Aylinin hələ kiçik yaşlarında ikən təsviri incəsənət sahəsində istedad və bacarığa malik olduğu hiss edilib. Ötən dövrdə bir çox sərgilərdə iştirak edən Aylin Bağırovanın əl işlərində də daim axtarışda olan bir gəncin özünəməxsus üslub tərzini, yardıcılıq dünyasına yeni mənalar gətirmək istəyini aydın sezmək olar.
18 yaşlı Aylin hazırda İstanbuldaki Yeditepe Universitetinin Gözəl Sənətlər fakültəsində təhsil alır. Onun daha çox dizayn tipli əl işlərinə marağı da aydın görünür.
Əminik ki, o öz istedadı ilə təhsildə əldə etdiyi bilik və bacarıqları birləşdirərək sənətdə daim irəli addımlayacaq, böyük yaradıcılıq uğurlarına nail olacaq.