Türkiyəli məşhur müğənni Gülbən Ərgən yeni açıqlaması ilə diqqət çəkib.
HİT.az xəbər verir ki, müğənni boşanması barədə danışıb.
Gülbən Ərgən boşanmağı sevdiyini deyərək gündəm olub:
"Evlilik yaxşı davam etmirsə, boşanmaq lazımdır. Mən boşanabilməyən ata-ananın övladıyam. Kaşki daha əvvəl boşansaydılar. Ona görə də mən boşanmağı sevən biriyəm. Yəni evlilik yolunda getmirsə, nəyi gözləyirsən? Boşanın da."
Müğənni düşünür ki, uşaqlara görə evliliyi davam etdirmək doğru deyil:
"Uşaqlarına "sənə görə evliliyimi davam etdirdim" deyənləri sevmirəm. Əslində uşaq belə bir şey istəmir, amma uşağı bəhanə edirlər. Mən övladlarıma belə bir şey etmədim. Mənim onlar üçün etdiyim fədakarlıq analıq vəzifəmdir".
Pərviz