Messi Səudiyyədə tətil üçün 2 milyon dollar alacaq

MAQAZİN
22:10 / 19.06.2023
630

Səudiyyə Ərəbistanı rəsmiləri argentinalı hücumçu Lionel Messinin ölkədə istirahət xərclərini ödəyəcək.

Bu barədə "The New York Times" yazıb. 

Məlumata görə, Turizm Nazirliyi futbolçu ilə ölkənin dünyada imicinin yaxşılaşmasına kömək edəcək müqavilə bağlayıb.

Sənədə görə, Messi ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına gəlməli və yerli hakimiyyət orqanlarının təsdiq etdiyi postları sosial şəbəkələrdə paylaşmalıdır.

Qeyd olunur ki, argentinalı ildə beş gün davam edən bir ailə tətili və ya üç gün davam edən iki illik tətil üçün 2 milyon dollar alacaq. Messi, onun ailəsi və dostlarının 20-yə qədər üzvü üçün yol və yaşayış xərcləri də Səudiyyə Ərəbistanı hökuməti tərəfindən ödəniləcək.//BAKU.WS 

0