“Sitrus Store” MMC  5 min manat cərimələnə bilər

21:16 / 19.06.2023
600

“Sitrus Store” MMC idarəçilik qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin icraatındadır.

Aydın

0