Azərbaycan çempionatının ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI

MARAQLI
09:20 / 20.06.2023
692

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü başa çatıb və Premyer Liqa klubları yeni mövsümə hazırlaşır.

HİT.az başa çatan mövsümdə Premyer Liqada oynamış ən dəyərli futbolçuların siyahısını hazırlayıb.

Məlum olub ki, çempionatın ən dəyərli oyunçusu Emin Mahmudovdur. "Transfermarkt" "Neftçi"də çıxış edən millimizin üzvünə 1,4 milyon avro qiymət qoyub.

Yığmamızın digər futbolçusu Ramil Şeydayev ikinci pillədə qərarlaşıb. "Transfermark" millimizin forvardına 1,2 milyon avro qiymət qoyub.

1. Emin Mahmudov (Sabah) - 1.400.000
2. Ramil Şeydayev (Qarabağ) - 1.200.000
3. Yassin Benzia (Qarabağ) - 1.000.000
4. Musa Qurbanlı (Qarabağ) - 1.000.000
5. Aleksey Kaşuk (Sabah) - 1.000.000
6. Leandro Andrade (Qarabağ) - 900.000
7. Şahrudin Məhəmmədəliyev (Qarabağ) - 800.000 
8. Abdullah Zubir (Qarabağ) - 750.000
9. Elvin Cafarquliyev (Qarabağ) - 750.000
10. Hamidu Keyta (Zirə) - 750.000

Samir

0