ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden ABŞ prokurorları ilə razılaşmanın bir hissəsi olaraq üç ittiham üzrə təqsirli bilinir.
HİT.az xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN məlumat yayıb.
Nəşrin xəbərinə görə, söhbət iki vergi qanun pozuntusundan, eləcə də silah saxlamaqla bağlı ittihamdan gedir.
Hunter Baydenin daha sonra Delaver məhkəməsində görünəcəyi və burada bu cinayətlərdə günahını etiraf edəcəyi gözlənilir.
Samir