İYİ Partiyadan CHP-yə ETİRAZ

DÜNYA
10:18 / 21.06.2023
475

Türkiyədə müxalifət partiyaları arasındakı gərginlik davam edir.

HİT.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun son çıxışı təpkilərə səbəb olub.

Belə ki, onun "lazım olsa 6-lı deyil, 16-lı masa quraram" sözləri birmənalı qarşılanmayıb.

Hətta İYİ Partiyadan da cavab gecikməyib. Partiyanın İzmirdən olan millət vəkili Ümit Özale Kamal Kılıçdaroğlunun sözlərinə münasibət bildirib:

"Bu, hər şey qaydasında getmiş kimi bir ifadədir. Amma biz seçkidə məğlub olmuşuq və lazımi dərsləri çıxarmalıyıq. "Millət İttifaqı"nın harada səhv etdiyini tapmalıyıq. Biz İYİ Partiya olaraq seçki qazanmaq istəyirik".

Pərviz

0