Türkiyənin "Fənərbağça" klubunun gənc futbolçusu Arda Güləri dünya ulduzu Leo Messi ilə müqayisə edilib.
HİT.az xəbər verir ki, Türkiyənin unudulmaz futbolçularından Fatih Tekke bu barədə danışıb.
O, Ardadan xoş sözlərlə bəhs edib:
"Emre Morun sürəti Arda Gülərdə olsaydı, Messiyə yaxın bir futbolçu olardı. Hələ o uşaqdır. 2-3 il gözləməyimiz lazımdır. Məsələn, Aleks De Souza topa daha az toxunaraq çox yaxşı paslar atırdı. Amma Aleksin sürəti yox idi. Ardanın isə sürəti var və Aleksdən daha sürətlidir".
Pərviz