Əməkdar artisti Məhəbbət Kazımovun 70 illik yubileyi keçiriləcək.
Bu barədə HİT.az-a açıqlamasında sənətçinin oğlu Rəşid Kazımov məlumat verib.
Rəşid Kazımov bildirib ki, tədbirlə bağlı ailələrində müzakirələr aparılacaq və yalnız ondan sonra yubileyin necə keçirilməsinə qərar veriləcək.
Rəşid Kazımov Laçın rayonunda atasının doğulduğu Gorman kəndinə səfər etsə də, ata-baba evlərini tapa bilməyib:
“Evlər uçulub-dağılıb, amma evimizi tapa bilmədim. Gərək yaşlı adamlardan gedəydim ki, evimizi tapa biləydim”.
Azra