Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisinə 20 il iş kəsildi

HƏRBİ
17:21 / 21.06.2023
502
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
HİT.az xəbər verir ki, məlumatı Ermənistan mətbuatı yayıb.
 
O, Zəngəzur mis-molibden kombinatının gözətçisini "qətlə yetirməkdə təqsirləndirilib".
 
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
 
Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.
 
1