\"Şəfiqə Məmmədova 7 ildir qeyri-legitim fəaliyyət göstərir\" - Xalq artisti

14:18 / 22.06.2023
747

"Hesablama Palatası Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında yoxlamalar aparmalıdır".

Bunu Hit.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O bildirib ki, Şəfiqə Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin şəxsi təşəbbüsü ilə kinoya sırınıb:

“Bu gün də əl çəkmir, oturub başda, qanun da işləmir. Bu bizim ictimai təşkilatdır, kino xadimlərini bir araya gətirən ittifaqdır. 5 ildən rəsmi qurultay keçirilir, bu adamlar da ittifaqa lazım bildiyi şəxsi rəhbər seçir. Bu adam kinonun qapısını tanımır”.

Xalq artisti iki ittifaqa bir milyon manat ayrıldığını açıqlayıb:

“Onu versinlər kinostudiyaya, film çəkilsin, kino xadimləri də dolansın. Şəfiqə yuxarıda kiməsə arxayın olmasa, bu boyda cəsarəti edə bilməz. 7 ildir qeyri-legitim fəaliyyət göstərir”.

Azra 

1