"Rodrigo Tekstil Sanayi və Ticarət Anonim Şirkəti"nin Azərbaycan filialı məhkəməlik olub.
Hit.az-ın məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsi ilə ittiham olunur.
Belə ki, sözügedən iaşə obyektində yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş 04.07.2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsində keçiriləcək.
Aydın