Prezident İlham Əliyev “Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib.
HİT.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, ARDNF-in büdcə gəlirləri ilə bağlı proqnoz 8 990,9 milyon manatdan 16 337,5 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 11 392,3 milyon manatdan 11 850 milyon manata çatdırılıb.
Son nəticədə Fondun büdcəsində gözlənilən 2 401,4 milyon manat kəsir 4 487,5 milyon manat qalıqla əvəz edilib.