“Coca Cola” şirkəti ilə “Esculap Medical Equipment” MMC arasında alqı-satı müqavilələri üzrə mübahisə yaranıb.
Hit.az xəbər verir ki, iş o yerə çatıb ki, “Coca Cola” məhkəməyə müraciət etməli olub.
Şirkətin iddiası artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.
“Esculap Medical Equipment” MMC 8 yanvar 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Nəcəfova Sevda Valeh qızıdır.
“Esculap Medical Equipment” MMC tibb sektorunda fəaliyyət göstərir. MMC-nin sosial şəbəkə hesabında yerləşdirilən məlumata görə, şirkət 2004-cü ildə profilaktik dezinfeksiya işləri ilə məşğuldur.
Anar