"Kurtlar Vadisi"nin məşhur aktyoru qəzaya düşdü - FOTO 

HADİSƏ
12:01 / 23.06.2023
570

Türkiyənin əfsanəvi serialı "Kurtlar Vadisi Pusu"nun aktyoru Görkəm Sevindik qəzaya düşüb.

HİT.az xəbər verir ki, o, motosikletlə gedərkən bir qadının avtomobilinin qapısını anidən açması ilə toqquşma yaşanıb.

Bir müddət yerdə sürüklənən 36 yaşlı aktyora ətrafdakı insanlar kömək edib. Qəza nəticəsində Görkəm Sevindikin əli xəsarət alıb. Xəstəxanaya aparılan məşhur aktyorun əlində qırıqlar olduğu bildirilib.

Görkəm Sevindik daha sonra sosial şəbəkə hesabında qəza ilə bağlı paylaşım edərək, yaxşı olduğunu açıqlayıb:
"Allah qorudu. Əgər sürətlə getsəydim fərqli şey ola bilərdi. Hazırda ciddi bir problemim yoxdur. Əlimdə qırıq var və gipsə qoyulub. Günlərdir tətil planları edirdik, indi isə bunu edə bilmədik. Ən çox da buna görə məyus oldum". 

Qeyd edək ki, Görmək Sevindik "Kurtlar Vadisi Pusu" serialında "Pusat Çakır" obrazını canlandırıb.

Pərviz

0