Aİ Rusiyadakı hadisələrə görə Böhrana Cavab Mərkəzini aktivləşdirdi

DÜNYA
17:10 / 24.06.2023
398

Avropa Xarici İşlər Xidmətinin rəhbəri Cozep Borrell bildirib ki, o, G7 xarici işlər nazirliklərinin rəhbərləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib. 

HİT.az xəbər verir ki, Borrell Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin fəaliyyətə başladığını da bildirib.

“Mən Rusiyadakı vəziyyəti müzakirə etmək üçün G7 xarici işlər nazirlərinə zəng etdim. Aİ Xarici Əlaqələr Şurasının bazar ertəsi planlaşdırılan iclasından əvvəl mən Aİ daxilində fəaliyyətləri əlaqələndirirəm və Böhrana Cavab Mərkəzinin işini aktivləşdirmişəm. Ukraynaya dəstəyimiz sarsılmaz olaraq qalır”, deyə Borrell bildirib.

Samir

0