Arda Gülərin qərarı BƏLLİ OLDU

İDMAN
10:31 / 25.06.2023
721

Türkiyənin "Fənərbağça" klubunun gənc futbolçusu Arda Gülərin gələcək karyerası ilə bağlı qərarı bəlli olub.

HİT.az xəbər verir ki, 18 yaşlı futbolçu komandadan ayrılmağa qərar verib.

O, Avropda oynamaq istədiyini İstanbul klubuna bildirib. Hazırda gənc ulduzu ən ciddi istəyənlər isə İtaliyanın "Milan" və Almaniyanın "Borussiya Dortmund" klublarıdır. 

"Fənərbağça"nın prezidenti Ali Koçun bütün təkliflərinə rəğmən, getmək istəyən gənc futbolçu ilə görüşlərdən müsbət nəticə çıxmadığı bildirilir.

"Fənərbağça" isə Arda Güləri tək bir şərtlə satmağa razılaşıb. Belə ki, "Fənər" gənc ulduzun müqaviləsində yer alan sərbəst qalma məbləği olan 17,5 milyonu hissə-hissə deyil, tam şəkildə ödənilməsini tələb edib.

Pərviz

0