Argentina millisinin kapitanı Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komandanın qələbəsinə görə ötən mövsümdən razı qalıb.
HİT.az xəbər verir ki, futbolçu bu barədə "BeIN Sports"a danışıb.
“Mən ən vacib məqsədimi həyata keçirdim - Dünya Kubokunu qazanmaq. Mən heç vaxt fərdi mükafatlar haqqında düşünməmişəm və həmişə kollektivi hər şeydən üstün tuturam. Amma məqsədimə nail oldum və bu, karyeram üçün əla sondur”, deyə futbolçu bildirib.
Dekabrın 20-də Argentina millisi Fransanı penaltilər seriyasında məğlub edərək 2022-ci il dünya çempionatının qalibi olub. Messi turnirin ən yaxşı oyunçusu seçilib.
Argentinalı yeddiqat “Qızıl top”un sahibi, dünya çempionu, 10 qat İspaniya çempionu, ikiqat Fransa çempionu, dördqat Çempionlar Liqasının qalibi, üçqat klublararası dünya çempionatının qalibidir.
Samir