Neymar: "Şəxsi həyatımda istədiyimi edə bilərəm"

İDMAN
15:31 / 25.06.2023
531

PSJ və Braziliya millisinin futbolçusu Neymar futbola kifayət qədər diqqət yetirməməsi ilə bağlı ittihamlara cavab verib. 

HİT.az xəbər verir ki, futbolçu bu barədə "Band Sports"a danışıb.

“Mən heç vaxt ittihamlardan qaçmıram. Hətta əksinə, həmişə sinəmi döyüb deyirəm ki, “məni qınaya bilərsən”. Mən istedadımın hansı səviyyədə olduğunu, nəyə qadir olduğumu bilirəm. Amma futbol fərdi idman deyil. Fərdi olsaydı, indiyə qədər bütün məqsədlərimə çatardım. Amma yox. Təbii ki, adıma görə təzyiq daha yüksəkdir. Həm meydanda, həm də ondan kənarda. Bəzən şəxsi həyatım olduğu üçün çoxlu tənqidlərlə razılaşa bilmirəm, istədiyimi edə bilərəm. Meydanda sərbəst danışa bilərsən”, deyə Neymar bildirib.

Samir

0