DSX məhkəmə qərarını niyə icra etmir?

ÖLKƏ
17:54 / 25.06.2023
494

Vətəndaş Muradov Nicat Tapdıq oğlu məhkəmə qərarlarının icra olunmamasından şikayətçidir. 

Nicat Muradovun Hit.az-a daxil olan müraciətində bildirilir ki, o, cinayət işi üzrə şahid qismində cəlb olunub və barəsində “Giriş-Çıxış və Qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına “Qadağandır” statusu daxil edilib. 

Göründüyü kimi, Nicat Muradovun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulduğu vaxt və hazırda o, cinayət işi üzrə nə şübhəli, nə təqsirləndirilən şəxs qismində tanınmayıb. Buna baxmayaraq ibtidai istintaq orqanı tərəfindən Nicat Muradov şahid qismində dindirilməzdən əvvəl onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” siyahısına “Qadağandır” statusu verilib.

Vətəndaş bununla bağlı məhkəməyə müraciət edib. Həm Binəqədi Rayon Məhkəməsi, həm də Apellyasiya Məhkəməsinin qərarları ilə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə verilən qərarın əsassız olduğunu göstəriblər. 

Dövlət Sərhəd Xidmətinin (DSX) üzərinə vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşırılması barədə verilən qərarın götürülməsi öhdəliyini qoyublar. Binəqədi Rayon Məhkəməsi qərarı 16 iyun 2023-cü ildə verib və dərhal təmin edilməsi öhdəliyini DSX-nin üzərinə qoyub. 
Bakı Apelyasiya Məhkəməsi iyulun 23-də qərarı qüvvədə saxlayıb. 

Bununla belə DSX rəsmiləri Azərbaycan Respublikası adından çıxarılan qərarı icra etməkdən yayınırlar.

Anar

0