BƏƏ lideri ABŞ-dan niyə küsüb?

DÜNYA
19:19 / 25.06.2023
490

ABŞ və Birləşmiş Ərəb Əmirlikləri arasında çox ciddi fikir ayrılığı yaranıb. 

HİT.az xəbər verir ki, bu fikri Stiven Blank “The Hill” üçün hazırladığı materialda yazıb.

Müəllif qeyd edir ki, son iki ildə Amerika rəhbərliyinin yüksək vəzifəli üzvləri BƏƏ lideri Məhəmməd bin Zayed Əl Nəhyanla iki dəfə münasibətləri yaxşılaşdırmağa cəhd ediblər. Ötən il Ərəbistanın Ciddə şəhərinə səfər edən Amerika prezidenti Co Bayden BƏƏ rəhbərini ABŞ-a dəvət edib. Buna baxmayaraq, Əmirliyin lideri dəvəti qəbul etməyib və onun yerinə qardaşı ABŞ-a səfərə gedib.

Müəllifin fikrincə, Amerika ilə BƏƏ arasında münasibətlərdə nifaq 10 ilə yaxındır ki, davam edir. Gərginliyə səbəb ABŞ-ın Barak Obamanın prezidentliyi dövründə İranla bağladığı gizli nüvə sazişi olub. Daha sonra Donald Tramp və Co Bayden dövründə BƏƏ-yə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Vaşinqtonun bu cür addımları səbəbindən Əmirliklər təxminən 20 milyard dollar dəyərində F-35 qırıcıları ala bilməyib.

Samir

0