Elektornika bazarında əsas oyunçulardan olan “Optimal Elektronika” MMC məhkəməyə verilib.
Hit.az xəbər verir ki, iddiaçı “Lokomotiv” MMC-dir.
Şirkətin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.
İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
“Optimal Elktronika” MMC 27 noyabr 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 485 360 AZN olan şirkətin qanuni təmsilçisi Əsgərov Əhəd Tofiq oğludur.
“Lokomotiv” MMC isə 4 dekabr 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Nəbiyev Anar Nüsrət oğludur.
Anar