Bacısını öldürüb, qızını yaralayan şəxs barədə qərar verildi

HADİSƏ
22:55 / 25.06.2023
636

Bərdədə bacısını öldürüb, yetkinlik yaşına çatmayan qızına xəsarət yerirməkdə ittiham olunan Həsən Həsənov məhkəmə qarşısına çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Bərdə Rayon Məhkəməsinin qərarı ilə H.Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs ifadəsində bacısını öldürməsindən peşman olduğunu deyib.

H.Həsənov bildirib ki, bacısı qızına xəsarət yetirmək fikri olmayıb. Onun sözlərinə görə, U.A (şərti ad) mübahisə vaxtı anası ilə dayısını aralamaq istəyərkən xəsarət alıb.

Qeyd edək ki, hadisə iyunun 24-ü baş verib. Həmin gün Bərdə rayonunda yerləşən evlərdən birində 1988-ci il təvəllüdlü Vəfa Həsənovanın ölməsi, onun yetkinlik yaşına çatmayan qızı U.A (şərti ad) isə xəsarət almasına dair rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmiş şəxsin qardaşı-1986-cı il təvəllüdlü Həsən Həsənov könüllü polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

0