Azərbaycanın ixrac etdiyi xam neftin həcmi

İQTİSADİYYAT
21:30 / 27.06.2023
690

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan dünyanın 18 ölkəsinə 11 milyon 752 min 575 ton həcmində və 7 milyard 220 milyon 253 min ABŞ dolları dəyərində xam neft ixrac olunub.

Bizim.Media Dövlət Gömrük Komitəsinin bu ilin yanvar-may aylarını əhatə edən hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə isə bu həcm 11 milyon 383 min 684 ton, dəyəri isə 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.  

Azərbaycanın bu il xam neft ixrac etdiyi ölkələr sırasında İtaliya birinci yerdə qərarlaşıb. Belə ki, bu ölkəyə 4 milyon 595 min 738 ton həcmində və 2 milyard 840 milyon 446 min dollar dəyərindən xam neft göndərilib.

İkinci yerdə isə İspaniya dayanır ki, bu ölkəyə göndərilən xam neftin həcmi 1 milyon 017 min 351 ton, dəyəri isə 644 milyon 665 min dollar olub.  

Üçüncü yerdə isə İsrail dayanır. 5 ay ərzində bu ölkəyə 1 milyon 021 min 518 ton həcmində və 631 milyon 333 min dollar dəyərində xam neft göndərilib.  

Ondan sonrakı yerdə Hindistan dayanır ki, buraya da cari dövrdə 610 milyon 361 min dollar dəyərində və 1 milyon 027 min 221 ton həcmində xam neft yola salınıb. 

Sonuncu yerdə Türkiyə qərarlaşıb ki, buraya da 5 ay ərzində 787 min 854 ton həcmində və 459 milyon 921 min dollar dəyərində xam neft göndərilib.  

0