Kosmosun insan orqanizminə təhlükəli təsiri müəyyən edildi

MARAQLI
19:29 / 28.06.2023
531

Astronavtlar kosmosa səyahət zamanı infeksiyalara daha həssas olurlar.

Kanada alimlərinin fikrincə, kosmosda uzun müddət qalmaq insanın immunitetini məhv edir. Araşdırmada Beynəlxalq Kosmik Stansiyada 4,5-6,5 ay olmuş 14 astronavtın sağlamlıq vəziyyəti araşdırılıb.

Beləliklə, məlum olub ki, bu müddət ərzində immun sistemində mühüm rol oynayan ağ qan hüceyrələrində (leykositlər) genlərin aktivliyi xeyli azalıb.

Məlum olub ki, kosmosa uçuş bu hüceyrələrdəki genlərin RNT və zülal kimi funksional məhsullar istehsal etmək üçün genetik məlumatı deşifrə etmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır.

Lakin Yerə qayıtdıqdan sonra genlərin funksiyaları bərpa olunur.

Bu nəticələr alimlərə astronavtların kosmosa uçuş zamanı infeksiyalara daha həssas olmasının səbəbi ilə bağlı yeni fikirlər verib.

Kanadanın Ottava Universitetinin molekulyar bioloqu və tədqiqatın aparıcı müəllifi Odette Lanevill qeyd edib ki, zəifləmiş immunitet sistemləri astronavtları nəinki yoluxucu xəstəliklərə məruz qoyur, həm də kosmosda çətin tapşırıqları yerinə yetirməyi çətinləşdirə bilər.

Lanevill həmçinin bildirib ki, kosmosda olmaq astronavtların tibbi xidmət və dərmanlara çıxışını məhdudlaşdırır.//Lent.az

0