Xalq artistinin paltarının qiyməti dodaq uçuqlatdı - VİDEO

MAQAZİN
11:08 / 30.06.2023
1085

Bir neçə ay öncə əməliyyatla arıqlayan Xalq artisti Aygün Kazımova istədiyi çəkiyə çatdıqdan sonra izləyicilərini müxtəlif səhnə obrazları ilə mütəmadi olaraq sevindirir. Və bu, təbii ki, ona ucuz başa gəlmir.

Publika.az xəbər verir ki, Aygün Kazımova dünən restoranların birində baş tutan çıxışı üçün qara yarışəffaf geyim seçib. Tez-tez açıq-saçıq libasları ilə gündəm olan sənətçinin bu seçimi də maraqla qarşılanıb. Alt paltarının görünməsi isə diqqətdən qaçmayıb.

"Kim hardan geyinir" adlı instaqram səhifəsi artistin paltarının və ayaqqabısının qiymətini paylaşıb. Bildirilib ki, Aygün Kazımovanın "Eleonora Gottardi" brendindən geyindiyi donun qiyməti 472 dollar (təxminən 800azn), "Aquazzura"dan olan ayaqqabılarının qiyməti isə 795 dollardır (təxminən 1351azn).

0