Azərbaycan nefti neçəyə satılır?

İQTİSADİYYAT
11:06 / 01.07.2023
467

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 2.44% və ya 1.88 dollar artaraq 78.85 ABŞ dollara ticarət edilib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin avqust fyuçersləri 74,90 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0