Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə keçmiş işçisi Rəşad Rəsulov arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, işdən çıxarılan Rəşad Rəsulovun ABB barəsində qaldırdığı iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyib.
Rışad Rəsulov apellyasiya şikayəti verib. Onun şikayəti icraata götürülüb. Artıq iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Rəşad Rəsulovun şikayətinə iyulun 19-da Bakı Apellyasiya Məhkəməsində Fuad Babayevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Rəşad Rəsulovun tələbi işə bərpa ilə bağlıdır.
ABB 1992-ci ildən fəaliyyət göstərir. 2015-ci ildə bank "kredit qalmaqalı” ilə gündəmə gəlib. Həmin vaxt ABB-nin rəhbəri Cahangir Hacıyev olub. O, bu qalmaqala görə 15 il azadlıqdan məhrum edilib.