Dünyanın ən böyük yaqutu bu qiymətə satıldı - FOTO

MARAQLI
14:33 / 02.07.2023
562

Dünyanın ən böyük yaqutu Nyu-Yorkdakı “Sothebys” hərrac evində 34,8 milyon dollara satılıb.

Axşam.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Portuqal dilində mənası “Fura Ulduzu” olan “Estrela De Fura” daşı 2022-ci ilin iyulunda Mozambikin şimalındakı Fura yaqut mədənində tapılıb.

Yaqut üçün dünya rekordu bundan əvvəl 2015-ci ildə qeydə alınıb. O, Cenevrədəki “Sothebys” hərracında 30,3 milyon dollara satılmış 25,59 karat ağırlığında “Sunrise Ruby” daşı olub.

“Estrela de Fura”daşı cilalanmamış formada 101 karatdır.

0