Çin Rusiya ilə hərbi sahədə daha sıx əlaqələr qurmaq istəyir.
HİT.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Çinin müdafiə naziri Li Şanfu Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenovla görüşündə deyib.
"Hər iki tərəfin birgə səyləri ilə iki hərbi idarə arasında əlaqələr dərinləşməyə və möhkəmlənməyə, daim yeni tərəqqi axtarmağa və yeni səviyyəyə qalxmağa davam edəcək", deyə çinli nazir bildirib.
Linin sözlərinə görə, o, xüsusilə Rusiya və Çin donanmalarının birgə keçirdiyi müntəzəm təlimlərə ümid edir.
"Çin tərəfinin bu cür bəyanatları təsdiqləyir ki, Pekin bütün dövrlərdə Rusiya hakimiyyətinə ən böyük təhlükə yaradan “Vaqner" qrupunun üsyanına baxmayaraq, Moskva ilə əlaqələri gücləndirmək niyyətindədir", deyə "Bloomberg" yazır.
Samir