"MEGA VALL" MMC məhkəməyə verildi

İQTİSADİYYAT
22:19 / 03.07.2023
403

"MEGA VALL" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəmə iddiası qaldırılıb.

Hit.az-ın məlumatına görə, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

İşə 07.07.2023-cü il tarixində məhkəmədə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi cərimə olunacaq.

Aydın

0