Bu rayonlarda 6 bal gücündə zəlzələ olub

ÖLKƏ
08:58 / 04.07.2023
691

Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala gədər hiss olunub.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar bir sıra rayonlardan və Bakıda hiss edilib.

0