"TikTok" blogeri Corcina Rouz Teylor Sviftin konsert biletlərinə təsadüfən 10.000 dollar xərclədiyini açıqlyıb.
HİT.az xəbər verir ki, o, "TikTok"da səhvinin səbəbini izah edib.
Corcina Rouz "Eras" turu çərçivəsində sənətçinin çıxışına biletləri "Ticketek" bilet xidməti vasitəsilə almaq istəyib. O, özü və bacısı üçün iki bilet almağı planlaşdırırmış. Bununla belə, internet saytı bağlandığı üçün 8 biletin pulunu ödəyib.
Bundan sonra müğənninin pərəstişkarları kütləvi şəkildə biletləri almağa başlayıb və bu, Rouzda Teylor Sviftin konsertinə qatıla bilməyəcəyi qorxusu yaradıb. Sifarişinin yerinə yetirildiyinə əmin olmaq üçün dörd nişanı açıb. Bundan sonra "TikToker" biletlərin pulunu ödəyib, lakin bir müddət sonra əməliyyatın bütün açıq pəncərələrdə baş verdiyini aşkar edib.
“Sifarişin icrası zamanı gözləmə olanda gözümün ucu ilə “10 min dollar” yazısını gördüm. Ürəyim sözün əsl mənasında dayandı. Növbəti dəqiqə nəfəsim sürətləndi. Mən sözün əsl mənasında hönkür-hönkür ağladım”, deyə Rouz etiraf edib.
Hadisədən sonra bloger biletləri dostlarına satıb.
Samir