Zəlzələ Bakı metrosunun işinə necə təsir edib? - AÇIQLAMA

HADİSƏ
10:49 / 04.07.2023
550

"Gecə saatlarında baş verən yeraltı təkanlarla bağlı Bakı metropolitenində hər hansı problem qeydə alınmayıb".

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bildirilib ki, gecə növbəsində işlər öz axarı ilə davam etdirilib:
"Sözügedən yeraltı təkanların qeydə alındığı bal gücündə metropolitenin iş rejiminə təsir etməsi real görünmür. Lakin bütün hallarda təhlükəsizlik məqsədi ilə gecə növbəsində metropolitenin bütün aidiyyəti sahələri, infrastrukturları hər gün yoxlanılır. Nəticəyə müvafiq olaraq da qatarların normal iş qrafiki tənzimlənir. Ötən gecə də müvafiq yoxlamalar aparılıb, heç bir narahatlıq qeydə alınmayıb".

0