"Bu Sabir Abdullayevə qarşı çox böyük ədalətsizlikdir".
Bunu HİT.az-a açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov muğam ifaçısı Sabir Abdullayevin işdən çıxarılmasından danışarkən deyib. Sənətçi hesab edir ki, Sabir Abdullayevi işindən çıxartmaq muğam sənətinin belini qırmaqdır:
“Onu 65 yaşı var deyə işindən çıxarıblar. Belə iş olmaz, pensiyaya görə çıxardıblar. Bununla bağlı fikirimi dedim. Bildirdim ki, belə muğam müəllimlərini işdən çıxarmaq muğamın belini qırmaqdır. Sabir müəllim toxunulmaz olmalıdır. Çünki xidmətləri böyükdür”.
Qəzənfər Abbasov bildirib ki, Sabir Abdullayevdən sonra muğam müəllimi kimi tanınan heç kim yoxdur:
“Hamsı uşaqlardır, zəifdirlər. Əgər düzgünlük olsa, muğam üzrə attestasiya olsa, heç kim keçə bilməz. Belə təcrübəli müəllimi bu sənətdən uzaqlaşdırmaq muğamın fəlakətlə üzləşəcəyindən xebər verir. Bəzəkli gəlinlər dərs deyə bilməzlər, bəzilərini çıxmaq şərtilə”.
Qeyd edək ki, xanəndə Sabir Abdullayevin pensiya yaşı çatdığından onu işlədiyi musiqi məktəbindəki işindən uzaqlaşdırıblar.
Azra