Türkiyənin "Qalatasaray" klubu daha bir səs-küylü transferə imza atmağa çalışır.
HİT.az xəbər verir ki, İstanbul klubu heyətini dünya səviyyəli bir qapıçı ilə gücləndirmək istəyir.
"Cimbom" İngiltərənin "Mançester Yunayted" klubunun qapçısı David de Xeanı transfer etmək niyyətindədir. "Qalatasaray" klubu ilə müqaviləsi başa çatan futbolçunu azad agent kimi heyətinə qatmaq üçün nəbz yoxlayıb. "Sarı-qırmızılılar" 32 yaşlı ulduza 5 milyon avroluq bir maaş təklif etməyə hazırlaşır. Ötən mövsümü İstanbul klubunda keçirən Xuan Mata da David de Xeanı "Qalatasaray"a keçməyə çağırıb. Həmçinin, "Fənərbağça" da ulduz futbolçu ilə maraqlanır.
Qeyd edək ki, "Mançester Yunayted"də 12 il oynayan David de Xea meydana çıxdığı 545 matçın 190-nında qapısını toxunulmaz saxlayıb. O, ingilis klubu ilə 12 ildə 8 kubok qazanıb.
Pərviz