“Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Dövlət Sərhəd Xidmətini (DSX) məhkəməyə verib.
Hit.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir. İş üzrə avqustun 1-nə məhkəmə hazırlıq iclası təyin edilib.
Mediada gedən məlumatlarda "Avromed Company” QSC-nin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir.
İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Feyziyev 2010-cu ilə qədər "Avromed”in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.
Lakin hələ də yerli mediada “Avromed Company” Cavanşir Feyziyevin şirkəti kimi təqdim edilir. Bu, deputatın Britaniya məhkəməsində verdiyi ifadələrdə ziddiyyətlərdən irəli gəlir.
Anar