Rublun ucuzlaşmasının Azərbaycana hansı təsirləri var? - AÇIQLAMA 

İQTİSADİYYAT
13:03 / 05.07.2023
956

Son günlərdə Rusiyanın milli valyutasının kəskin ucuzlaşdığı müşahidə olunur.

Başqa sözlə desək, rus rublunun hər keçən gün dəyər itirməsi artıq adi bir hala çevrilib. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdən biridir, onda bəzi suallar da meydana gəlir. 

Görəsən, rus rublunun ucuzlaşmasının Azərbaycan üçün hər hansı mənfi və ya müsbət təsirləri var?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, burada bir çox təsirləri qeyd etmək olar:

329360

"Ancaq başlıca olanlar bunlardır: Birincisi, rublun ucuzlaşması Rusiyada çalışan Azərbaycan vətəndaşlarının satınalma güclərinə və Azərbaycana dollarla pul transferlərinə mənfi təsir göstərir. İkincisi, Azərbaycanın Rusiyaya ixracına mənfi təsir göstərir. Üçüncüsü isə Azərbaycanın Rusiyadan idxalı müəyyən dərəcədə ucuzlaşır. 

Bu, aralıq məhsullar üzrə Azərbaycanın xeyrinə, hazır  məhsullar üzrə isə xeyrinə olmayan haldır. Çünki bu, bir çox məhsullar üzrə daxili istehsalın Rusiya mənşəli məhsullarla müqayisədə rəqabət gücünü azaldır".

Pərviz

0