"Baku Steel Holdinq" ölkədən valyuta çıxarıb

İQTİSADİYYAT
17:30 / 05.07.2023
656

"Baku Steel Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edilib.

Hit.az-ın məlumatına görə, şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, "Baku Steel Holdinq" xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Sabunçu Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Aydın

1