Mərkəzi Bankda 77 minlik təmir

İQTİSADİYYAT
19:00 / 06.07.2023
660

Mərkəzi Bankının inzibati binalarında görüləcək təmir-bərpa işlərinin satın alınması ilə bağlı tenderə yekun vurulub. 

Hit.az xəbər verir ki, tenderin qalibi “KM Services” MMC olub. Təmir-bərpa işləri Mərkəzi Banka 77.284,6 AZN-ə başa gələcək.

“KM Services” MMC 7 fevral 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı  Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, ev 25, mənzil 106-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Pənah Mənsimoviçdir. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. 

Tenderin şərtlərində təmir-bərpa işləri barədə konkret bilgi verilməyib. Yəni, bəlli deyil ki, şirkət nəyi təmir, yaxud bərpa edəcək. 

Anar

0