PSJ Mbappeyə əvəzləyici tapdı

İDMAN
10:26 / 07.07.2023
854

PSJ "Barselona"nın hücumçusu Usman Dembele ilə maraqlanır və onu Kilian Mbappenin əvəzedicisi kimi nəzərdən keçirir. 

Valyuta.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Nəşrin məlumatına görə, İspaniya komandasının futbolçusu yeni baş məşqçi Luis Enrikeni bəyənir. Qeyd olunur ki, hücumçunun "Barselona" ilə müqaviləsində 50 milyon avroluq sərbəst qalma maddəsi var.

Fransız hücumçu 2017-ci ildə "Borussiya Dortmund"dan "Barselona"ya keçib. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib. 

Samir

0