Ebru Gündəşi toya gətirən iş adamı bu məşhur ticarət mərkəzinin sahibi imiş

İQTİSADİYYAT
15:47 / 07.07.2023
621
Elza Seyidcahanın bomba kimi gündəmə düşməsinin ardıyca ikinci partlayış türkiyəli müğənni Ebru Gündəşlə səs saldı. Sosial şəbəkələrdə və mediada yayılan məlumatlardan belə məlum oldu ki, məşhur sənətçi Azərbaycana gəlib. Şəmkirdə sünnət mərasiminə dəvət alan müğənni səhnədə canlı orkestr ilə çıxış edib, hit mahnılarını səsləndirib. 

Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. Amma onların iştirakı Ebrununki qədər rezonans doğurmayıb.
 
Demokrat.az oğlunun kiçik toyuna türkiyəli müğənnini dəvət edən şəmkirli iş adamı Aydın Musayev haqqında bəzi məlumatlar əldə edib. 

Məlum olub ki, o, Bakıdakı "Metropark” ticarət mərkəzinin sahibidir.  



A.Musayevin bundan başqa bir çox ticarət obyektləri də var. Həmçinin, Moskvada meyvə ticarəti ilə məşğuldur. Necə deyərlər, "varlığa nə darlıq”… 


0