Azərbaycanda tədris ili nə zaman başlamalıdır? - RƏY

ÖLKƏ
17:07 / 07.07.2023
678

"Azərbaycanda yeni tədris ilinin başlaması üçün müvafiq tədbirlər vaxtında başa çatmalıdır".

Bu sözləri HİT.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi deyib.

O əlavə edib ki, ali və orta təhsil müəssisələrinə tələbələrin qəbulu avqust ayının sonuna qədər tam yekunlaşmalıdır ki, məsələn, sentyabrın 1-i dərs başlasın:

329532

"Yəni proseslər elə təşkil olunmalıdır ki, tədris ili may ayının 31-i və ya indiki kimi iyun ayının 14-ü başa çatsın. Təbii ki, tədris ilinin sentyabr ayının 15-i başlaması müəyyən qədər də olsa şagirdlərin proseslərə gec qoşulmaları ilə nəticələnir. Məsələn, onlar, 15 sentyabrda dərsə başlayırlar, amma ayın sonuna qədər adaptasiya olma prosesləri davam edir. Bu isə demək olar ki, bir ayın, yəni sentyabr ayının əldən çıxması deməkdir. Ondan sonra isə yerdə oktyabr ayından 14 iyuna qədər olan dövr qalır. Amma dərslər sentyabrın 1-i başlasa, şagirdlər prosesə daha tez adaptasiya ola bilərlər. Düzdür, bu, təhsil göstəricilərinə tam təsir edən faktor deyil, amma müəyyən qədər də olsa, təsir edə bilər".

Ekspert hesab edir ki, tədris ili 1 sentyabrda başlayıb, 31 mayda başa çatmalıdır:

"Bu regionda istilərin daha tez düşdüyünü də nəzərə almalıyıq. Yəni iyunun ayında şagirdlər məktəbə gedəndə yorulurlar və beyin də artıq qəbullanır ki, qarşıdan tətil gəlir. Ona görə də şagirdlərin iyun ayındakı həmin 2 həftəlik dövrü məktəbə getməmələrinin daha məqsədəuyğun olacağını düşünürəm. Məncə, tədris ili sentyabrın 15-i deyil, 1-i başlamalıdır, eləcə də iyunun 14-ü yox, may ayının 31-i bitməlidir".

Pərviz

0