3000 manatlıq təqaüdü kimlər ala biləcək? - VİDEO

İQTİSADİYYAT
21:49 / 07.07.2023
618

100 tələbəyə 3 min manat birdəfəlik təqaüd veriləcək.

Təqaüd Azərbaycandakı ali təhsil müəssisələrində əyani formada təhsil alan, yüksək nailiyyətləri olan tələbələr üçün nəzərdə tutulub.

Xəzər TV-nin təqaüdün verilməsi üçün əsas meyyarlar hansılardır, kimlər bu təqüddən yararlana biləcək sualını Elm və Təhsil Nazirliyinin əməkdaşı Samir Həmidov şərh edib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd" təsis edilib.

100 nəfər tələbə üçün təsis edilmiş "Heydər Əliyev adına təqaüd"ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.

Samir Həmidov qeyd edib ki, tələbənin qiymətləri yüksək olmalıdır. Bundan əlavə təhsil aldıqları tədris ocaında yüksək fəallıq nümayiş etdirmələri də əsas meyyarlardan biridir. Müvafiq qaydalar hazır olduqdan sonra təqaüdün verilməsinə başlanılacaq.

Qeyd edək ki, təqaüd birdəfəlik veriləcək.

0