“Azər Toxum” MMC (VÖEN - 1301637601) nizamnamə kapitalını azaldır.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalının 18 milyon 900 min manatdan 16 milyon 140 min 940 manata qədər azaldır.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr. Ev 55 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, daha əvvəl mətbuatda “Azər Toxum” MMC-yə SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qudası Zeynal Əliyevin rəhbərlik etdiyi bildirilib. Hazırda “Azər Toxum” MMC-yə Həmidov Fərid Rafiq oğlu rəhbərlik edir.