Fəvvarələrdə çimməyin qanunla qadağan edilməsinə baxmayaraq, yayda çoxları buna məhəl qoymur. Bu, təhlükəli patogenlərlə yoluxmalara səbəb olurmuş.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya həkim-ekspert Denis Banni deyib.
“Fəvvarə su dövranının şox pis dairəsidir. İçmək və ya çimmək üçün nəzərdə tutulmayıb, buna görə də hovuzlarda olduğu kimi təmizləyici sistemlərlə təchiz olunmayıb. Bundan əlavə, fəvvarələrə xlor kimi dezinfeksiyaedici maddələr əlavə edilmir. Müvafiq olaraq, belə suda bir çox patogen mikroorqanizmlər yaşayır. Oraya yox-torpaqla çatırlar, onları da müxtəlif şəhər quşları və sahibsiz heyvanlar gətirirlər. Fəvvarəyə girməyə qərar verən şəxs isə onlara yoluxmaq riski ilə üzləşir”, deyə ekspert bildirib.
Onun sözlərinə görə, ilk növbədə suda parazitlər ola bilər ki, onlar gözə və qulaqlara daxil olarsa, irin və iltihab yaradır. Dəri də infeksiyaya meyllidir: fəvvarələrdə çimdikdən sonra üzərində səpgi və güclü qaşınma-qızartı görünə bilər.
“Fəvvarədə kəskin bağırsaq infeksiyalarının patogenləri ola bilər: entero və rotaviruslar, Escherichia coli, salmonella və şigella - dizenteriyanın törədiciləri. Fəvvarələrdə daha təhlükəli patogenlərə də rast gəlinir: onlar mədə-bağırsaq traktına daxil olduqda vəba və tif xəstəliyinə səbəb olurlar. Bundan əlavə, hepatit A virusu suda yaxşı saxlanılır. O, qaraciyərə təsir edir və onun fəaliyyətini pozur”, deyə Denis Banni xəbərdarlıq edib.
Həkim qeyd edib ki, fəvvarələr dekorativ element kimi həm də elektrik enerjisi ilə işləyən nasoslar və işıqlandırma ilə təchiz olunub və bu faciələrə səbəb ola bilər.
Samir